Qəbələnin rəqibi səfərdən qələbə ilə döndü
23 oktyabr 2016 19:00
Futbol üzrə Fransa çempionatında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Sent-Etyen" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Kan"la qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən qələbə ilə ayrılıb - 2:0.
Qeyd edək ki, "Sent-Etyen" hazırda 16 xalla 20 klub arasında 7-ci pillədə qərarlaşıb.