Zaur Svanadze: 3 xala layiq idik
23 oktyabr 2016 18:00
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Birinci hissəni zəif keçirdik. İkinci yarıda isə daah yaxşı təsir bağışladıq. Bir neçə qol epizodumuz olsa da, onlardan yararlana bilmədik. Onlardan ən azı birini dəyərləndirsəydik, Gəncədən 3 xalla qayıda bilərdik. Bütün çətinliklərə baxmayaraq, komandadan razıyam. Baxmayaraq ki, 3 xala layiq idik. Amma bir xal da pis variant deyil".