AZAL Zirəni məğlub yola saldı
23 oktyabr 2016 15:30
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 9-cu tur həyəcanı davam edir. Azerisport.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.
Sonuncu pillədə qərarlaşan AZAL doğma meydanda "Zirə"yə qalib gəlib.
Əvəzedicilərin çempionatı
9-cu tur
23 oktyabr
AZAL - "Zirə" - 2:1
Qollar: Vəzir Musayev, 14-öz qapısına. Renat Aşurov, 60 - Vüsal İsgəndərli, 26.