Fotoreportaj|Video|На русском

Futbol

Aleksey Qay: Qəbələdən heç bir incikliyim qalmayıb

23 oktyabr 2016 12:00

"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Aleksey Qay Azərbaycanda keçirdiyi iki mövsümlə bağlı xatirələrini bölüşüb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:

- Azərbaycana gedərkən məsələnin maliyyə tərəfi sizin üçün böyük önəm daşıyırdı?
- Məsələnin maliyyə tərəfi mənim üçün bu keçiddə heç də birinci pillədə durmurdu. Mənim futbol fəlsəfəm belədir: futbola təkcə qazanc mənbəyi gözü ilə baxmıram. Bu, mənim üçün elə bir işdir ki, qazandığın pulu da sərgilədiyin oyunla haqq etdiyini isbatlamalısan. Pul mənim üçün stimul, motivasiya deyil.

- Bəs Azərbaycandan niyə getdiniz? Sizin "Qəbələ"də qalmaq şansınız yox idi?
- Əslində, müqaviləmin müddəti başa çatanda klub rəhbərliyi tərəfindən əməkdaşlığı davam etdirməyə dair xüsusi bir istək, addım görmədim. Nəticədə vəziyyət o həddə çatdı ki, sonda özüm getmək istədiyimi, "Qəbələ"də qalmayacağımı söylədim. Hətta mənə edilən təklifə də baxmadım. Mənim bu klubdan heç bir incikliyim qalmayıb. Əksinə, onlara minnətdaram ki, fərqli ölkədə oldum, həyatımda maraqlı hadisələrin şahidi oldum. Çünki Azərbaycanda iki maraqlı mövsüm keçirdim.

- Azərbaycanda sizi ən çox təsirlərindən, təəccübləndirən nə oldu?
- Bu sualı mənə vaxtilə azərbaycanlı jurnalistlər də vermişdilər. O vaxt özlüyümdə bu qənaətə gəldim ki, bu ölkə haqqında nəsə deyirsənsə və o səhv başa düşülürsə, yerli əhali çox tez inciyir. Məsələn, mən yolda avtomobili idarə etməkləri barədə danışmışdım. Sənin getdiyin zolaqda qarşına avtomobil ona görə çıxa bilər ki, sürücüyə 20-30 metrdən sonra dönmək lazımdır! Bu, onlar üçün normaldır, mənim üçün isə vəhşilik. Ancaq müsahibəyə olan şərhləri sonradan mətbuatda və internetdə oxuyarkən inciklik dolu çoxlu replika ilə rastlaşdım. Odur ki, azərbaycanlıların qəribə xüsusiyyətlərindən biri kənar şəxslərin bu ölkə barədə dediklərini ürəklərinə salmasıdır.

- Bəs Bakı ilə bağlı təəssüratlarınız necədir?
- Bakı eyni zamanda həm müasirdir, həm də tarixi. Burada Şərqlə Qərb möcüzəvi dərəcədə vəhdət təşkil edir. Kim ki Bakıda olmayıb, ona bu şəhərə ekskursiyaya getməyi təkidlə tövsiyə edirəm. Şəhərin rəhbərliyinə öz hörmətimi söyləməyə bilmərəm. Onlar son illərdə Bakıya indiki əla xarici görünüşü bəxş ediblər. 

- İki milyonluq paytaxtdan şimalda yerləşən Qəbələdə cəmi 13 min əhali yaşayır. Necə oldu ki, şəhərin eyniadlı klubu indi ölkədə ən güclü klublardan birinə çevrildi?
- Burada çoxlu amillər cəmləşib. Məsələn, postsovet məkanında olan bir çox digər ölkə kimi Azərbaycandan da maliyyə böhranı yan keçmədi və yerli futbolda pulun miqdarı azaldı. Buna görə ölkənin futbol nəhəngləri son vaxtlar çox qeyri-sabit çıxış edirlər. "Neftçi" ilə Bakı "İnter"i böhrandadır. Ölkə futbolunda aparıcı rola "Qarabağ"la "Qəbələ" çıxıb. Hansılarda ki maliyyə planında hər şey sabitdir. "Qəbələ"nin cavan, iddialı sahibi var. O, komandanı yüksəkdə görmək istəyir və baş məşqçi kimi oyun qoyuluşunda usta olan Roman Qriqorçuku dəvət etdi. Onun rəhbərliyi altında komanda ölkə çempionatının bürünc medaçısı oldu və ardıcıl 2-ci mövsüm Avropa Liqasının qrupunda oynayır.

- Görünür, sizi də "Qəbələ"yə ilyarım Odessada birgə çalışdığınız Roman Qrioqrçuk dəvət edib...
- Bəli. Ukraynadakı çətin vəziyyətə qayıtsaq, yerli "Çeromorets"də normal yaşamaq üçün heç nə yox idi, Roman İosifoviç özünə yeni iş yeri axtarmalı oldu. O, əvvəldən söylədi ki, məni özü ilə aparacaq. Mənə yalnız o qalırdı ki, gözləyim və Qriqorçukun hara gedəcəyini internetdə izləyim. Gözəl bir bi gündə öyrəndim ki, o, "Qəbələ"dədir. Tezliklə mənə Qriqorçuk təkliflə zəng etdi.

- Bu mütəxəssisin məşqçilik dəst-xəttini necə xarakterizə edərdiniz?
- Qriqorçuk futbolun fanatıdır. O, məşq prosesini və oyunçularla fərdi ünsiyyəti sevir. Bu məşqçinin işlə bağlı öz istiqaməti var. O, bundan imtina etmək istəmir. Qriqorçuk ona təkid edir ki, komanda hücumda güclü olmalı və bu zaman müdafiəni unutmamalıdır. Futbolçular isə topla irəli getməli və oyunu öz üzərlərinə götürməkdən qorxmamalıdırlar.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah