Cəfərov oynamadı, komandası xal itirdi
23 oktyabr 2016 11:00
Futbol üzrə Xorvatiya ikinci liqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası - "Duqopolye" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Sesvete" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Elnur bu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 19 xalla 12 klub arasında 3-cü pillədə qərarlaşıb.