Kəpəz - İnter matçında heç-heçə
Bu gün Topaz Premyer Liqasında 9-cu tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Kəpəz” Gəncədə “İnter”lə münasibətlərinə aydınlıq gətirib. Tərəflər 90 dəqiqə ərzində qapılara yol tapa bilməyiblər. Nəticədə, turun açılış matçı qolsuz başa çatıb.
Topaz Premyer Liqası
9-cu tur
23 oktyabr (bazar)
“Kəpəz” – “İnter” - 0:0
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Elman Musayev, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə.
Gəncə şəhər stadionu.
“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 15. Azad Kərimov, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 19. Orxan Əliyev, 77. Serjinyo, 9. Tural Qürbətov, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 14. Fərid Məmmədov, 99. Əli Səmədov, 17. Nicat Qurbanov, 23. Tural Nərimanov, 21. Novruz Məmmədov, 80. Tural Rzayev.
Baş məşqçi: Şahin Diniyev.
“İnter”: 1. Səlahət Ağayev, 3. Denis Silva, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 2. Sərtan Taşqın, 10. Elnur Abdullayev, 15. Ruslan Abışov, 4. Slavik Alxasov, 8. Nizami Hacıyev (k), 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 22. İlkin Qırtımov, 17. Abbas Hüseynov, 27. Adrian Skarlatake, 19. Mirhüseyn Seyidov, 88. Məmməd Quliyev, 9. Pərdis Fərcad-Azad.
Baş məşqçi: Zaur Svanadze.
Turun digər oyunları: 24 oktyabr (AZAL – “Zirə”). 25 oktyabr (“Sumqayıt” – “Qəbələ”, “Neftçi” – “Qarabağ”).