Paşayev oynadı, Stal qalib gəldi
22 oktyabr 2016 23:00
Futbol üzrə Ukrayna çempionatında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Stal" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Karpatı" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 1:0.
Oyuna start heyətdə başlayan Paşayev yenə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Stal" 12 turdan sonra 10 xalla 12 klub arasında 9-cu pillədə qərarlaşıb.