Məsimovsuz Domjale qalib gəldi
22 oktyabr 2016 22:45
Futbol üzrə Sloveniya çempionatında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Koper"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.
Samirin adı əvvəlki 13 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" 14 turdan sonra 26 xalla 10 klub arasında 3-cü pillədə qərarlaşıb.