Erat oynamadı, komandası bu dəfə uduzdu
22 oktyabr 2016 22:30
Almaniya üçüncü Bundesliqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası - "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Hanza" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Eratın adı bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Duysburq" 12 turdan sonra 24 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.