Kəpəz - İnter matçında heç-heçə
22 oktyabr 2016 17:30
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 9-cu tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
"Kəpəz" doğma meydanda "İnter"lə heç-heçəyə nail olub.
Əvəzedicilərin çempionatı
9-cu tur
22 oktyabr
"Kəpəz" - "İnter" - 1:1
Qollar: Fərid Məmmədov, 82-pen. - Urfan İsmayılov, 65.