Qaysumov: Şeydayevdən yüksək səviyyəli oyun gözləyirəm
22 oktyabr 2016 15:30
Futbol üzrə Azərbaycan yığmasının sabiq oyunçusu Deni Qaysumov Ramil Şeydayevin millimizdəki çıxışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"O,, hələ yığma komandaya uyğunlaşmağa çalışır. İştirakçısı olduğu son iki oyunda qol da vura bilərdi. Amma alınmadı. Ümid edirəm ki, o, hələ Azərbaycan yığmasına çox kömək edəcək. Ondan yüksək səviyyəli oyun gözləyirəm. Ramil yaxşı futbol məktəbi görüb. Onun öz üzərində daha çox çalışması lazımdır".