Zaur Svanadze: Gəncədə qələbəyə oynayacağıq
22 oktyabr 2016 14:00
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin oyun olacaq. Ciddi hazırlaşırıq. Öz oyunumuzu sərgiləməyə çalışacağıq. "Kəpəz" adətən öz meydanında aqressiv çıxış edir, təhlükəli olur. Gəncədə xal qazanmaq çətin olacaq. Buna baxmayaraq, qələbəyə oynayacağıq".