Elnur Allahverdiyev: Gözəl oyundansa, nəticə yaxşıdır
22 oktyabr 2016 13:00
Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Elnur Allahverdiyev millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsindəki çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığması bu seçmə mərhələdə ciddi nəticələr qazanır. Düzdür, çox adam komandamızın müdafiədən oynamasından danışır, bunu bəyənmir. Amma gözəl oyundansa, nəticə daha gözəldir. Uşaqlar çox artırıblar. Tsiklə yaxşı başlayıblar. Ümid edirəm ki, belə də davam edəcəklər".