Ufuk Budak Qaziantepspora qarşı 90 dəqiqə oynadı
22 oktyabr 2016 01:00
Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Qaziantepspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Ufuk bu görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Kayserispor" 8 turdan sonra 8 xalla 18 klub arasında 11-ci pillədə qərarlaşıb.