Arazın məşqçisi: UEFA Kubokunun bu formatla keçirilməsi səhvdir
22 oktyabr 2016 00:15
"Araz"ın məşqçisi Maşado Nilson futzal üzrə UEFA Kubokunun elit raundunda Rusiyanın "Yuqra", Almaniyanın "Hamburq Panters" və Xorvatiyanın "Nasional" klubu ilə bir qrupa düşmələrinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rusiya çempionu da Xorvatiya klubu qədər çox güclüdür. Heç də asan qrupa düşməmişik. Aydın məsələdir ki, "Araz" qrup birinciliyi uğrunda mübarizə aparacaq. Amma mənə elə gəlir ki, UEFA bu turniri belə formatla keçirməklə səhvə yol verir. Pley-off formatından istifadə oluna bilərdi.
Azərbaycan yığmasına gəlincə, hələ Avropa çempionatı barədə danışmaq tezdir. Seçmə mərhələ oyunlarına çox vaxt qalır. Tam keçiləsi bir qrupda yer almışıq. Əsas həmin oyunlara hazır olmaqdır".