Sialmas: Qarabağa səfərdə çətin olacaq, amma PAOK-dan yenə xal ala bilər
"Xəzər Lənkəran"ın sabiq hücumçusu Dimitris Sialmas Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş "Qarabağ" - PAOK oyunundan danışıb. Azerisport.az saytına açıqlamasında yunan futbolçu həmyerlilərini 0:2 hesablı məğlubiyyəti ilə bağlı bunları söyləyib:
"PAOK bu həftə avrokuboklarda məğlubiyyətlə üzləşən yeganə Yunanıstan təmsilçisi oldu. "Qarabağ"ın güclü komanda olduğunu bilirdim. Mən Azərbaycanda oynadığım dövrdə də bu komanda güclü idi. Amma indi onlar daha da artırıblar. Onların indi Avroliqada uğurlu çıxış etməsi də təəccüblü deyil. PAOK-a gəlincə, bu komanda öz oyununu sərgiləyə bilmədiyinə görə uduzdu. Yunanıstanda hər şey fərqli və "Qarabağ" üçün daha çətin olacaq. Lakin hesab edirəm ki, bu komanda səfərdə də xal qazana bilər. Bunun üçün isə həddən artıq yaxşı oyun sərgiləmək lazımdır".