Krespo: Bakıda pis oynamadıq, sadəcə, matçın sonunda gücümüz tükəndi
21 oktyabr 2016 17:00
Yunanıstanın PAOK klubunun müdafiəçisi Xose Anxel Krespo Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib
"Varela ilə mənim mərkəzdəki duetimin uğursuz alındığına, "Qarabağ"ın rahat qol vurmasına şərait yaratdığımıza dair fikirlərlə razı deyiləm. Biz yaxşı matç keçirdik. Sadəcə, matçın sonunda gücümüz tükəndi. Ələ düşən şanslardan yaxşı yararlana bilmədik. Rəqib isə əksinə, iki qol vurdu. Bizim üçün hələ heç nə bitməyib. Növbəti oyunlarda daha yaxşı mübarizə aparmalıyıq".