Dino Ndlovu: Bu qədər azarkeş qarşısında oynamaq çox xoş idi
21 oktyabr 2016 16:20
"Qarabağ"ın hücumçusu Dino Ndlovu Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-u üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qrup mərhələsindəki ilk matçımızı "Dalğa Arena"da keçirmişdik. Həmin stadion şəhərdən kənarda idi. PAOK-a qarşı isə bizim üçün doğma olan arenada oynadıq və 25 minə yaxın azarkeş bu oyunda bizə dəstək oldu. Bu qədər azarkeş qarşısında oynamaq çox xoş idi. Çox yorulmuşam. Amma özümü əla hiss edirəm. Çünki sərfəli nəticəyə imza atmağı bacardıq. Qarşıda isə bizi daha da çətin oyunlar gözləyir. Bərpa olmalıyıq. İlk növbədə "Neftçi" ilə oyunu düşünürük. Onlara qalib gəlməliyik".