Dieqo Bisesvar: Qarabağla oyunda bəxtimiz gətirmədi
21 oktyabr 2016 14:20
Yunanıstanın PAOK klubunun yarımmüdafiəçisi Dieqo Bisesvar Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Bizi Bakıda çox yaxşı komandaya qarşı çətin oyun gözlədiyini bilirdik. Biz pis oynamadıq, amma yaxşı da oynamadıq. Sadəcə, bəxtimiz gətirmədi. Bizim günümüz deyildi. Ümid edirəm ki, növbəti oyunlarda daha artığına nail olacağıq".