Qriqorçuk: Qəbələ qrupdakı hər üç rəqibindən zəifdir
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə 0:1 hesablı məğlubiyyətdən sonra keçmiş komandası "Çernomorets"lə (Ukrayna) indi çalışdırdığı klubu müqayisə edib. Azerisport.az xəbər verir ki, "Çernomorets" vaxtilə onun rəhbərliyi altında Avropa Liqasının qrup mərhələsində uğurlu çıxış edərək, 1/16 finala yüksəlmiş, amma bu mərhələdə Fransanın "Olimpik" (Lion) klubuna uduzmuşdu (0:0, 0:1):
"Çernomorets" - "Olimpik" və "Qəbələ" - "Sent-Etyen" oyunları arasında paralellər aparmaq istəmirəm. Biz o zaman tam fərqli statusda çıxış edirdik. Lionlularla hər iki oyunu bərabər səviyyədə keçirdik. Növbəti mərhələyə vəsiqə qazana bilərdik. "Qəbələ" isə hazırda Avropada təcrübə toplayır. Biz qrupdakı hər üç rəqibdən zəifik".