UEFA prezidentindən maraqlı ideya
21 oktyabr 2016 13:30
UEFA prezidenti Aleksandr Çeferin bəyan edib ki, Çempionlar Liqasının finalı Avropadan kənarda keçirilə bilər. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Fikrimcə, gələcəkdə bu ideyanı reallaşdırmaq olar. Portuqaliyadan Azərbaycana və Nyu Yorka qədər olan məsafə demək olar ki, eynidir. Ona görə də azarkeşlərin oyunlara səfər etməsi problem olmamalıdır. Bu məsələni diqqətlə nəzərdən keçirməliyik".
Qeyd edək ki, indiyə qədər avrokubokların bütün matçları Avropa ölkələrində keçirilib.