Ağatahir Əzimov: Araza Dördlər finalına çıxmaq çətin olacaq
21 oktyabr 2016 12:30
Azərbaycanın veteran futbolçusu Ağatahir Əzimov "Araz"ın UEFA Kubokundakı çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Araz"ın əsas mərhələdəki çıxışını izlədim. Düzünü deyim ki, klubumuz çoz asan qrupa düşmüşdü. "Araz" üç qələbə qazandı, onlardan ikisi böyük hesabla əldə olundu. Qarşıda isə elit raund var. Mənə elə gəlir ki, "Araz"a Dördlər finalına vəsiqə qazanmaq çətin olacaq. Çünki elit mərhələdə zəif rəqib olmur. "Araz" hətta final mərhələsinə yüksəlsə belə, qalib olmaq şansı çox azdır".