Maksim Medvedev: İndiki halda baxımlı oyun yox, qələbə daha vacibdir
21 oktyabr 2016 01:00
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-u üzərində qazandıqları qələbəni (2:0) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Gözlədiyimiz kimi bir mübarizənin şahidi olduq. Diqqətli oynamağa çalışırdıq. Rəqibi yaxşı analiz etmişdik. Ola bilər ki, çox da baxımlı oyun sərgiləmədik. Amma indiki halda qələbə qazanmaq daha vacib idi. Şadam ki, pley-offa vəsiqə qazanmaq iddiamızı davam etdiririk".