Tale Heydərov Qəbələdən ən azı 1 xal gözləyir
20 oktyabr 2016 17:00
"Qəbələ"nin prezidenti Tale Heydərov komandanın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı səfər oyunundakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən Fransaya gedə bilmədim. Çünki Ronaldinyonun da Bakıya səfəri gözlənilirdi. "Sent-Etyen"lə oyun bizim üçün çox vacibdir. Ən azı bir xal qazanmaq üçün əlimizdən gələni etməliyik. Səfərdə oynadığımıza görə, çətin olacaq. Amma yaxşı nəticə gözləyirik".