Elxan Məmmədov: Ronaldinyonun Bakıya səfəri böyük rezonansa səbəb oldu
20 oktyabr 2016 16:30
AFFA-nın baş katibi Elxan Məmmədov məşhur braziliyalı futbolçu Ronaldinyonun Bakıya səfər etməsindən, eləcə də "Qəbələ" rəhbərliyinin Bakıda onun adına futbol akademiyası açmaq ideyasından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bir mərasimdə bu qədər jurnalisti sonuncu dəfə harada gördüyümü xatırlamıram. Ronaldinyonun bu səfəri böyük rezonansa səbəb oldu. Belə bir ulduzun ölkəmizə gəlişi müsbət faktdır. "Qəbələ" Ronaldinyonun adını daşıyan futbol akademiyası yaradır. Bu, Azərbaycan futbolunun inkişafında müsbət rol oynayacaq".