Vidadi Rzayev: Qarabağın PAOK-a qalib gələcəyinə 90 faiz əminəm
20 oktyabr 2016 16:00
Veteran futbolçu Vidadi Rzayev "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün baş tutacaq oyunları öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" bu gün PAOK-a qalib gələcək. Buna 90 faiz əminəm. Ağdamlılar doğma meydanda yaxşı çıxış edirlər. Bu gün də bunu növbəti dəfə sübut edəcəklər. Yunanların 10-ca faiz şansı var, bu da onların heç-heçə etməsinə görə. "Qəbələ"yə isə Fransada çox çətin olacaq. Uduzacaqlarını demək istəmirəm. "Qəbələ"nin Fransa klubları ilə oyun təcrübəsi var. "Sent-Etyen" də onların mübarizədən kənarlaşdırdığı "Lill" kimi komandadır. Ən azı heç-heçə edəcəklərinə ümidliyəm".