Vəli Qasımov: Qarabağ PAOK-a qalib gələ bilər, Qəbələnin şansı isə azdır
"Neftçi"nin sabiq baş məşqçisi Vəli Qasımov "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçirəcəyi oyunlardakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klublarımız avrokuboklarda nə qədər uğurlu çıxış etməyə çalışsa da, rəqiblərlə arada çox böyük səviyyə fərqi var. Bu baxımdan onlardan geri qalırıq. Məsələn, elə bu gün qarşılaşacağımız PAOK və "Sent-Etyen"i götürək. Bu komandaların səviyyəsi çox yüksəkdir. Çox istərdim ki, klublarımız bizi öz qələbələri ilə daha çox sevindirsin. "Qəbələ"nin "Qarabağ"la müqayisədə daha az şansı var. Amma qəbələlilər də pis çıxış etmirlər. Buna baxmayaraq, böyük ehtimalla məğlubiyyət qaçılmaz olacaq. "Qarabağ" isə bu gün PAOK-a qalib gələcək".