Qarabağda Reynaldo şoku
20 oktyabr 2016 13:45
"Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün qarşılaşacağı Yunanıstan PAOK-u ilə ev oyununa ciddi itkilərlə çıxacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubu aparıcı yarımmüdafiəçiləri Reynaldo və Migel Maderanın xidmətindən məhrum olub.
Reynaldo "Sumqayıt"la çempionat oyununda aldığı zədəsini sağalda bilməyib. Migel isə iki gün öncə məşqdə zədələnib.
Qeyd edək ki, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov da millinin düşərgəsində olarkən aldığı zədəsini tam sağaltmayıb. Amma ola bilsin ki, kapitan iynə gücünə də olsa, meydana çıxsın.