Vüqar Nadirov: Qəbələ də Sent-Etyenə qol vura bilər
20 oktyabr 2016 13:00
"Qarabağ"ın hücumçusu Vüqar Nadirov Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"nun Fransa "Sent-Etyen"i ilə oyunda uğur qazanmaq şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sent-Etyen"ə vurduğum qolu yaxşı xatırlayıram. Gözəl qol alınmışdı. Maraqlıdır ki, bir gün öncə məşq zamanı İbrahim Şehiçə də elə bir qol vurdum. "Qəbələ" də Fransadakı oyunda qol vura bilər. Onların bu oyunda uğur qazanmaq şansları var. Şansları çox olmasa da, qrupdan çıxmaq üçün də mübarizə aparmaq mümkündür".