Samir Məsimov oynamadı, komandası qalib gəldi
20 oktyabr 2016 12:00
Futbol üzrə Sloveniya kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Krsko" ilə üz-üzə gəlib. "Domjale" bu görüşdən inamlı qələbə ilə ayrılıb - 2:0.
Çempionat oyunlarında olduğu kimi, Məsimovun adı kubok matçının da iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı oktyabrın 25-də keçiriləcək.