Ronaldinyo Bakı Olimpiya stadionunda
20 oktyabr 2016 11:20
Xəbər verdiyimiz kimi, braziliyalı ulduz futbolçu Ronaldinyo hazırda Azərbaycandadır. Azerisport.az xəbər verir ki, DÇ-2002-nin qalibinin bu gün Bakı Olimpiya Stadionunu ziyarət etməsi gözlənilir.
O, burada "Qəbələ" futbol akademiyasının futbolçularının məşqini izləyəcək. Daha sonra Ronaldinyonun mətbuat nümayəndələrinin suallarını cavablandırması gözlənilir.
Görüş saat 16:00-da başlayacaq.