Budaq Nəsirov oynadı, Sportinq qalib gəldi
20 oktyabr 2016 10:30
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası - "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Freamunde" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:2.
Nəsirov bu görüşün 65-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 14 xalla 22 komanda arasında 13-cü pillədə qərarlaşıb.