Kristof Qaltye: Qəbələ üzərində heç bir təzyiq yoxdur
20 oktyabr 2016 00:25
Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Rəqib komandanın üzərində heç bir təzyiq yoxdur. Bu komanda böyük avrokubok təcrübəsinə malik "Maribor", "Lill" kimi rəqibləri mübarizədən kənarlaşdırıb. "Qəbələ" çətin rəqibdir. Onlar yaxşı müdafiə olunmağı bacarırlar, bir və ya iki qol vurmaqla qələbə də qazanırlar. Bizim onlarla oyunumuzun necə alınacağını isə tezliklə görəcəyik".