Şimali İrlandiya - Azərbaycan matçında anşlaq olacaq
19 oktyabr 2016 00:05
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində gələn ay keçiriləcək Şimali İrlandiya və Azərbaycan yığmalarının oyununda anşlaq olacaq. Azerisport.az xəbər verir ki, Belfastdakı "Vindzor Arena"da keçiriləcək qarşılaşma üçün satışa çıxarılan bütün biletlər artıq öz sahibini tapıb.
Sözügedən arena 18 614 azarkeş tutumuna malikdir.
Qeyd edək ki, Şimali İrlandia - Azərbaycan oyunu noyabrın 11-də keçiriləcək.