Denis Qaysumov: Azərbaycan yığmasının anti-futbol oynadığını düşünmürəm
Futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü Denis Qaysumov millimizin DÇ-2018-in seçmə mərhələsindəki uğurlu çıxışından söz açıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığmasının bu tsikldəki çıxışı ancaq xoş təəssürat oyadır. Uşaqlara halaldır. Norveç (1:0) və Çexiya (0:0) ilə oyunlara baxdım. Bravo, uşaqlar! Mənim özümü də bu nəticələr münasibətilə təbrik edirlər. Bu, çox xoşdur. Komandanın anti-futbol oynadığına dair fikirlərlə razı deyiləm. Elə olsaydı, bu komandanın hazırda 7 xalı olmazdı. İndiki futbolda taktikasız, strategiyasız uğur qazanmaq olmur. Yığmanın bu nəticələri də görülən işlərin düzgünlüyündən xəbər verir. Bu seçmə mərhələdə hər şey mümkündür. Komandanın qrupdan çıxması əsl xoşbəxtlik olar".