Roman Qriqorçuk: Qırmızı vərəqə olmasaydı, Qarabağ fərqli nəticə ilə dönəcəkdi
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Aydın məsələdir ki, bizi maraqlı və vacib oyun gözləyir. "Qarabağ"ın çox ciddi rəqib olduğunu da bilirik. Bu görüşə ciddi hazırlaşırıq. Heç-heçə barədə qətiyyən düşünməməliyik. Öz yolumuzla getməliyik. Qələbəyə oynamaq istəyirik. "Qarabağ" təcrübəli komandadır. İtaliyada "Fiorentina"ya 1:5 hesablı məğlubiyyət onlara təsir etməyəcək. Məncə, qırmızı vərəqə olmasaydı, nəticə tamamilə fərqli olardı. Düşünmürəm ki, bu nəticə belə bir komandaya mənfi təsir göstərsin. Əminəm ki, onlara bizə qarşı tam gücləri ilə, psixoloji cəhətdən də hazır mübarizə aparacaqlar".