Vitali Vernidub: Qarabağla oyunu derbi hesab edirəm
1 oktyabr 2016 12:30
"Qəbələ"nin müdafiəçisi Vitali Vernidub Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"la oyun prinsipial əhəmiyyət daşıyır. Mən bu komandaların oyununu derbi adlandırardım. Başa düşürük ki, bu matçın nəticəsindən çox şey asılıdır. Buna baxmayaraq, adi qaydada hazırlaşırıq. Çünki "Qarabağ"la yanaşı, "İnter" kimi rəqibimiz də var. Turnir cədvəlindəki indiki mövqeyimizə baxmayaraq, hər şey hələ qarşıdadır. Çünki cəmi altı tur geridə qalıb. "Kəpəz" də bu mübarizəyə qoşula bilər".