Elxan Abdullayev: Artıq xal qazanmaq vaxtıdır
1 oktyabr 2016 00:10
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırlıq öz axarı ilə gedir. Bu oyuna hazırlıq barədə çox danışmağa dəyməz. Bizə xal çox lazımdır. Bu, mənim üçüncü oyunum olacaq. Artıq xal qazanmaq vaxtıdır. Meydana da məhz bunun üçün çıxacağıq. Komandada itkilər elə əvvəlkilərdir: Elşən Abdullayev və Murad Ağayev. Murad artıq komanda ilə məşqlərə başlayıb".