Sumqayıt AZAL-ı məğlub yola saldı
30 sentyabr 2016 18:40
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 7-ci turun daha bir oyunu keçirilib. Azerisport.az xəbər verir ki, bu gün baş tutan yeganə oyunda “Sumqayıt” AZAL-la qarşılaşıb.
Beş qolun vurulduğu oyunda qələbəni meydan sahibləri bayram ediblər.
Əvəzedicilərin çempionatı
7-ci tur
30 sentyabr
“Sumqayıt” - AZAL - 3:2
Qollar: Elvin Həbibov, 25. Süleyman Piriyev, 32. Ülvi Süleymanov, 58 - Seyidrəzi Ağayev, 50. Mahsun Qənbərli, 73.