Adil Şükürov: Qol vurmaqda çətinlik çəkirik
"Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Futbolçularımıza ikinci hissədə sərgilədikləri oyuna görə təşəkkürümü bildirirəm. Amma bu nəticəni uğurlu hesab etmirəm. Qol vurmaqda çətinlik çəkirik. Bu problemi yoluna qoymalıyıq. Futbolçular üzərində təzyiq var, buna görə qələbə qazana bilmirik. Klub rəhbərliyi bizə heç vaxt təzyiq göstərmir. Ümid edirəm ki, qarşıdakı fasilə bizim üçün faydalı alınacaq. Murad Səttarlı birinci hissədə zəif oynadı. Buna görə də Aleksandr Şemonayevlə əvəzlədim. Ümid edirəm ki, o, əvvəlki formasına qayıda biləcək".