Adil Nağıyev: İnterə səfərdə qalib gəlmək çətin olacaq
30 sentyabr 2016 15:00
"Zirə"nin müdafiəçisi Adil Nağıyev Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter" güclü komandadır. Onlara səfərdə qalib gəlmək çətin olacaq. Amma bizə üç xal çox lazımdır və qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Rəqibdən çəkinmirik. Hücum xəttimizdə problem olduğunu düşünmürəm. Çünki bizdə Nurlan Novruzov var. Qol vura bilmiriksə, bu, təkcə hücum xəttinin problemi deyil. Ümid edirəm ki, "İnter"lə oyunda uğur qazana biləcəyik".