Sarate Qarabağa vurduğu iki qolu xəstə həyat yoldaşına həsr etdi
30 sentyabr 2016 14:00
Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə İtaliyanın "Fiorentina" klubuna 1:5 hesabıyla məğlub oldu. Azerisport.az xəbər verir ki, Ağdam klubunun qapısına vurulan 5 qoldan 2-nin müəllifi Mauro Sarate oldu.
O, vurduğu bu qolları xanımı Natali Veberə həsr edib. Məlum olub ki, onun həyat yoldaşı xərçəng xəstəliyindən əziyyət çəkir və buna görə hətta əməliyyat olunub. Vurduğu qollara görə diz üstə çöküb tanrıya şükr edən futbolçu həyat yoldaşına dəstəyini məhz dublu və formasının altındakı xüsusi geyimin üstünə yazdırdığı "Tanrıya şükür, səni sevirəm, Nat" sözləri ilə ifadə edib.