Rövnəq Abdullayev: Elə təklif verməliyik ki, bunu qəbul etsinlər
30 sentyabr 2016 13:20
AFFA prezidenti Rövnəq Abdullayev AÇ-2020-nin Bakı loqosunun təqdimat mərasimində çıxış edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bakının AÇ-2020-yə sifarişi peşəkar səviyyədə hazırlanmışdı. Bakının sifarişi Londondan sonra ikinci yerdədi. 48 xal London, 47 xal Bakı yığmışdı. AÇ-yə qədər biz Bakıda hansısa matçları təşkil edə bilərik. Son illərdə Azərbaycanda UEFA-nın bir sıra turnirləri baş tutub. Əsas məsələ sifarişi vermək deyil, UEFA-nın onu qəbul etməsidi. Elə təklif verməliyik ki, bunu qəbul etsinlər".