Aleksandr Çeferin: Azərbaycanın Avroliqa və ya ÇL finalını keçirmək şansı var
Bakıda səfərdə olan UEFA prezidenti Aleksandr Çeferin bu gün jurnalistlər üçün brifinq keçirib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
- Belə tədbirlər ölkədə futbolun inkişafına, populyarlaşmasına kömək edir. Azərbaycan yığmasının Avropa çempionatına çıxması əla olar.
- Bakının AÇ-2020 loqosu necədir?
- Loqo xoşuma gəldi. Razı qaldım. Bu loqonun arxasında duran ideya Avropadakı millətlərin birləşməsinə hesablanıb. Əsas məqsəd budur.
- Bakıdakı futbol infrastrukturunu nə dərəcədə bəyəndiniz?
- Burada olduğum heç 24 saat deyil. Amma bu müddət ərzində Bakı Olimpiya stadionunu görmüşəm. Gözəl arenadır. Ötən gün "Qəbələ"nin oyununda, "Bakcell Arena"da da oldum.
- Komandamızın oyununu necə şərh edərdiniz?
- Çoxlu qol gördük. Bu da azarkeşlər üçün yaxşı məqamdır.
- Azərbaycan yaxın illərdə avroturnirlərdən (Avropa Liqası, Çempionlar Liqası) hansınınsa final qarşılaşmasını qəbul edə bilər?
- Belə bir oyuna ev sahibliyi etmək üçün UEFA-ya yaxşı sifariş kitabı təqdim etmək lazımdır. Bunun qalibi olmaq o qədər də çətin deyil. Həmişə ən yaxşı sifariş kitabı qalib gəlir.
- AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA ilə münasibətlərin yaxşılaşması yolundakı canfəşanlığını nəzərə alsaq, ona qitə futbol qurumunda vəzifə verilməsi mümkündür?
- Belə bir şans var. Amma bu sualı AFFA prezidentinə verməyiniz daha yaxşı olardı.