Ze Migel: Azərbaycan millisi daha da güclü olacaq
30 sentyabr 2016 12:20
Çimərlik futbolu üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ze Migel komandamızın indiki çıxışı barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığmasından getsəm də, komandanın çıxışını izləyirəm. Azərbaycan son turnirdə çox əla çıxış etdi, qələbələrlə sevindirdi. Zeynal Zeynalova görə şadam. Komandada əla intizam və atmosfer var. Fikrimcə, Azərbaycan yığması daha da güclü olacaq. A divizionuna yüksəlməsi də komandasının səviyyəsinin göstəricisidir".