Azərbaycan UEFA reytinqində gerilədi
30 sentyabr 2016 12:00
"Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin ikinci turundakı uğursuz çıxışı Azərbaycanın UEFA klub reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib. Azerisport.az xəbər verir ki, əvvəlki kimi 16,750 xalda qalan ölkəmiz bu göstərici ilə bir pillə geriləmək məcburiyyətində qalıb.
Belə ki, Kipr Azərbaycanı qabaqlayıb. Bu ölkənin hesabında 17,050 xal var. Baxmayaraq ki, Kiprin avrokuboklarda cəmi bir təmsilçisi qalıb.