Qurbanov: Fiorentinanın yaxşı oyunçuları, əla baş məşqçisi var
30 sentyabr 2016 11:45
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın "Fiorentina" klubuna qarşı keçirdikləri oyunu (1:5) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Oyun barədə danışmağa ehtiyac duymuram. "Fiorentina"ya uğurlar arzulayıram. Bu komandanın yaxşı oyunçuları, əla baş məşqçisi var. Onlar öz oyun üslublarını tez-tez dəyişməyi bacarırlar. Azlıqda qaldıqdan sonra bizə daha da çətin oldu".