Qəbələnin rəqiblərindən heç-heçə
30 sentyabr 2016 01:00
Avropa Liqasının qrup mərhələsinin ikinci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi "Qəbələ"nin yer aldığı C qrupunda daha bir görüş baş tutub.
Fransanın "Sent-Etyenn" klubu doma meydanda Belçika "Anderlext"i ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib - 1:1. 62-ci dəqiqədə Tilemans penaltidən vurduğu qolla qonaqları hesabda önə keçirsə də, Rouks 90+4-cü dəqiqədə meydan sahiblərini məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, bundan bir neçə saat öncə keçirilən "Qəbələ" - "Maynts" oyununda isə Almaniya klubu 3:2 hesabıyla qalib gəlmişdi.
İki turdan sonra bu qrupdakı vəziyyət belədir:
"Anderlext" - 4, "Maynts" - 4, "Sent-Etyen" - 2, "Qəbələ" - 0.