Mayntsın baş məşqçisi Dabonu təriflədi və komandasında görmək istədi
Almaniyanın "Maynts" klubunun baş məşqçisi Martin Şmidt Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri səfər oyununu (3:2) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Fasilədə futbolçularıma "Qəbələ"nin ikinci hissədə artıracağını söyləmişdim. Təəssüf ki, Mallı ələ düşən şansdan yararlana bilmədi. Ondan sonra qapımızda penalti gördük. Özümüzə gəlməmiş ikinci qolu buraxdıq. Buna baxmayaraq, matçın sonunda qələbə qolunu vurmağı bacardıq. Bizim bu mövsüm az qala bütün oyunlarımız belə keçir. Vəziyyəti düzəltmək barədə düşünməliyik.
Dabonu xüsusi analiz etmişdik. Onun iştirakı ilə baş tutan bütün epizodları incələmişdik. O, təkbətəklərdə çox güclüdür. Müdafiəçilər ona qarşı mübarizə aparmaq çətindir. Onun transfer qiymətini klubumuzun nümayəndələrinə təqdim edə bilərlər".