"Neftçinin hələ mövsümü xilas etmək şansı var"
29 sentyabr 2016 17:30
"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov paytaxt klubundakı vəziyyətlə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Öncə onu qeyd edim ki, bu komandanın keçmiş baş məşqçisi kimi danışmıram. Sadəcə, bir azarkeş kimi "Neftçi"nin bu halı mənə pis təsir edir. Klubdakı indiki vəziyyət ürək ağrıdır. Klub rəhbərliyində, məşqçilər korpusunda dəyişiklik edildi. Ümid etmək istərdim ki, vəziyyət tezliklə yaxşıya doğru dəyişəcək. "Neftçi" elə klubdur ki, nəticə göstərmək üçün vaxt çox az olur. Təzyiq dərhal hiss olunur. Mən bütün bunları vaxtilə görmüşəm. Amma hətta indiki vəziyyətdə də hələ heç nə itirilməyib. Mövsümü xilas etmək şansı var. Əsas odur ki, komanda vaxtında özünə gələ bilsin".